
Biz illər öncə bir hərəkat başlatdıq və artıq 4 ildir ki, həyəcan təbili çalır, ölkəmizin gələcəyini düşünən insanları aşağıdakı məsələlər barəsində düşünməyə çağırırıq. Bunlar hansılardır:
1. xalq və dövlət arasında uçurum var və gedərək dərinləşir. Məmurlar sanki cangüdən işləyirlərmiş kimi dövlət başçısı ilə xalq arasındakı təması aradan qaldırmağa çalışırlar.
Prezidenti informasiya izolyasiyasında saxlayırlar. Bu durum fövqəladə vəziyyətlərdə çox böyük problemlərə səbəb olur ki, hal-hazırda bunlardan birini yaşamaqdayıq. 30 aprel tarixində baş verənlərə Azərbaycan gəncinin münasibəti dövlət tərəfindən nəzərə alınmalı idi. Amma, bunun nəzərə alınmaması bugünki problem deyil. Bu, bu günə qədər davam edən və bizim dəfələrlə dediyimiz uçurumun məntiqi davamıdır. Əgər sistem bu şəkildə davam etsə üsyan və inqilab qaçılmaz olacaqdır. Hə, ola bilər ki, bunların qarşısı alınacaq, amma nəticədə itirən Azərbaycanımız olacaq.
2. təhsildə problemlərin bu qədər dərin olması, gənclərə sayğının qoluna baxaraq göstərilməsi, beyin deyil bədən əzələsinin önə çəkilməsi gələcək barəsində çox pessimist notlarla danışmağımıza səbəb olur. Bunun səbəbidir ki, insanlar öz etirazlarını rasional deyil əzələ şəklində nümayiş etdirməkdən başqa yol görmək istəmirlər. Biz bir kiçik dövlət olaraq beyin gücü hesabına həm dünyada, həm də öz gələcəyimizə qarantiya yarada bilərik. Bizim bu istiqamətdə fəaliyyətimiz hər zaman başqa ölkələrə cəsusluq kimi təqdim olunmağa çalışılıb. Amma 30 apreldə baş verənlər nə qədər haqlı olduğumuzu bizə Mirzə Fətəli Axundovun, Zərdabinin, Rəsulzadənin nə qədər lazım olduğunu sübut etdi.
3. sovet ənənələrinin davam etdirilməsi, və dövlət işçilərinin sayının süni olaraq artırılması xammal hesabın əldə olunmuş “bu gün var, sabah yoxdur” maliyyəsinə güvənmək sosial problemlərin və baş verə biləcək sosial partlayışın müvəqqəti həlli yoludur. Neftdən əldə olunan gəlirin ədalətli paylaşımının olmaması, mənəvi dəyərlərin önə çəkilməməsi, azadlığın fəsadların qorxmaq nəticəsidir ki, insanlarımız öz sosial qayğılarını həll etmək, mənəvi boşluğunu təmin etmək, azadlığını paylaşmaq üçün hansısa ekstremist qüvvələrin əlində potensial alətdir.
4. siyasi və ictimai haqların kifayət qədər təmin olunmaması, bu sahədə azad meydanların, azad medianın, özünüifadə azadlığının olmamasının nəticəsidir ki, yaranan hər bir situasiyadan bunun neqativini düşünmədən istifadə etməyə çalışanlar mövcuddur. İnsanlara öz mövcudiyyətini fəaliyyət göstərmək istədiyi sahədə ifadə azadlığını təmin etməzsən, yığılan enerji neqativ olacaq və dağıdıcılığa xidmət edəcək.
bütün bu problemlərə baxmayaraq biz 4 ildən çoxdur ki, dişimizlə, dırnağımızla fəaliyyət göstərməkdəyik. Və Azərbaycanda ən güclü, təşkilatlanmış, müstəqil bir hərəkat başlatmışıq. Gərək bunun qədrini bilək. Gərək bu hərəkatın ideyalarına bağlı olan və bu ideyalar uğrunda illərdir heç bir mənfəət güdmədən həyatını bu ideyalardan aşağı tutan insanları hansısa emosional qərarlarla məhv etməyək. Gərək bu gün Dalğa Gənclər Hərəkatının estafetini özündə daşıyan və bu hərəkatın hər bir üzvü üçün özündə məsuliyyət daşıyan dostlarım ayıq olsunlar. əminliklə söyləməliyik ki, artıq biz gənclər vuran qol funksiyasını deyil, həm də düşünən beyinlər olmağa məcburuq. Ölkəmizdə baş verən hər bir hadisəyə yaşından asılı olmayaraq hər kəsin bizim reaksiyamızı maraqla gözləməsi məsuliyyətimizi artıran ayrıca bir faktordur. Bu günədək özünü sübut edə bilməyən yalnız cəmiyyətin aktivləşdiyi vaxt önə çıxan insanların qərarlarını düşünmək lazımdır. Hə, bir də bizi düşündürən suallar aşağıdakılar olmalıdır: 30 apreldə baş vermiş hadisəni törədənlərin məqsədi nədir?