Sevimli müəllimim Xaqani H. həmişə deyirdi: "İnsanlıq üçün bizə Afrika, ya da Əfqanıstana getmək lazım deyil, insanlıq elə burdadır."
Gəlin təssəvvür edək ki, bu ölkəni bizə pay veriblər. İndi isə atalarımız əlimizdən almaq istəyirlər. Biz ya bununla barışmalı, ya da ölkəmizi özəlləşdirməliyik.
Mənim sevimli müəllimim maddi amillərdən baş verən mənəvi sıxıntılarının qarşısını almaq üçün bu ölkəni tərk etdi. Ona son sms-i yazanda metroda idim. İçimdə bir boşluğun yaranacağını əvvəlcədən hiss etdiyim üçün müəllimimə qoşulmaq istədim. Kosmopolitcə xöşbəxt olacağım vətənimi özüm seçmək istədim. Qarşımda oturan uşağa baxdım və düşündüm: bu uşaq axı azərroid deyil. Onun gözlərində ümid dolu sevgili gələcəyinə tələsmək var. Gələcəkdə onu kimlər çevirəcək azerroidə? Ətrafındakı keçmişə tələsən, tarix olmağa can atan gənclikmi?
Biz axı niyə öz gələcəyimizi keçmişimizə qurban verməliyik? Sizi bilmirəm, mən qərarımı sülh dolu gözlərdən oxumuşam: mən mübarizənin ən təhlükəli yerlərində olmalıyam. Bu mübarizə ilə yaşamalı və ölməliyəm. Söhbət açdığım mübarizə hakimiyyət, dövlət və ya bu kimi mücərrəd anlayışlara, düşmənlərə qarşı deyil. Bu mübarizə - gələcəyin quruculuğunda əmək sərf etməkdi. Öz yanındakı insanlar naminə imtinadı. Praktiki olaraq özəlləşdirdiyin gözəl gələcəyi özündən sonra gələn nəsilə satmaqdı. Şəkildə gördüyünüz bu uşağı mən tanımıram. Adını bilirəm. Nüsrət. Nüsrətin kim olamasından asılı olamayaraq, mən onun gələcəyi üçün çalışmağa və onu öz gələcəyi üçün çalışdırmağı özümə borc bilirəm. Vətənə xidmət özündən sonra gələn nəsillərə xidmətdir. Bu mübarizə - həyat tərzidir. Bu həyat tərzi, bizi kənardan necə göstərməsindən asılı olmayaraq, əməksevər olmağa məcbur edir.
Bu həyatı seçənləri, o cümlədən məni, gərək sevgililərimiz anlasın. Gərək onlara hər gün daha az vaxt ayırmağımıza görə bizi bağışlasınlar
Ana, bağışla... Seçdiyim həyat tərzindən imtina edə bilmirəm. Çünki bu həyat tərzi özü imtinadır.