GƏLƏCƏK
Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı
Erməni fotosundan qorxanlar üçün
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxKGLNdYNh9FgLgPFTQgg7o8uahxwGAYkgxXZoVwccRxi-x0qn8I2MPzcn6DG0O9C0-Qa0IZijj1L8RPzAQKmqu8eOUNZBXiATxtRpPorpyXLhp_j3Kw3cJIDVMlrtbhqYuJvw2rVo-mfa/s200/ramin.jpg)
Barəsində bəhs edəcəyim mətləblə tanış olduğum gün Ernest Heminqueyun intihar günü idi. Heminquey “Əlvida silah” romanını yazan yazıçıdır. Kütlə isə bir gün onun özünü silaha əl atmağa vadar etdi. O əlinə silah alıb intihar etdi.
“İctimai Palatanın aksiyalarından ciddi nəticə gözləmirəm”
Ramin Hacılı: “Hakimiyyət ölkə vətəndaşlarının problemini həll etməlidir”
- Ramin bəy, Dalğa GH-nın müxalifətin aksiyalarına qatılmaması heç də birmənalı qarşılanmır. Əslində nə baş verir?
- Dalğa Gənclər Hərəkatı (Dalğa GH) yarandığı ilk gündən təhsil problemlərinin həllini, gənclərin ictimai fəallığının artırılmasını qarşıya əsas məqsəd olaraq qoyub.