Görəsən, bu ölkənin gələcəyini düşünərək strategiya formalaşdıran dövlət orqanı (gizli və ya açıq ) varmı? İllərdir bu suala cavab axtarıram.
Bu il gənclər ilidir. Dövlətimiz özünəməxsus şəkildə sualıma cavab vermiş kimi görünür: bütün orqanlarımızla gənclərə xidmət edirik, hətta onlara bir il də bəxş edirik.
Məzələnirsiz? Sabun köpüyünə bürünmüş müxtəlif markalı Azərbaycan sabunları, məzələnmək növbəsi bizə çatmaq üzrədir. Yetişdirməyə çalışdığınız özünüzə oxşar prototiplərimiz o qədər qocadırlar ki, siz cəhənnəm özlərini belə qoruya bilməyəcəklər.
Sizinlə qəzet səhifələrində məzələnən yazarlardan ibarət nəsil də var. İllərdir onları satın ala bilmirsiz. Bununla yanaşı, yeni ictimai nəsil də formalaşır və dalğalanır. Ardınca arsenalını yeni siyasi texnologiyalarla formalaşdıran gənclik gəlməkdədir. Bu nəsil o qədər "pozğun"dur ki, bütün oyunlarınız pozulacaq. Yəqin ki, yadınızdan çıxmayıb. Sizin pul təklifinizi necə qarşılamışdıq? Biz kimsəyə qarşı mübarizə aparmırıq. Öz haqqımızı istəyirik. Bizim vətənimizdə nurçu, vəhhabi, nə bilim eta terror təşkilatının üzvü pulunu verib hər şey eləyə bilər, amma biz gənclər heç bir şey edə bilmərik həəə? Çünki pulumuz yoxdur? Bizim istədiyimiz pulla alınmır, qiyamla alınır. Bizim istədiyimiz nəinki dövlətin, hətta valideynin belə qayğısını rədd edən azadlıqdır. Biz azadlıq uğrunda mübarizə aparmadan azad olacağıq. Məsləhət verən ağsaqqalla məzələnməklə, rüşvətxor müəllimin üzünə tüpürməklə, riyakar siyasətçiyə "fack off" deməklə, öz gələcəyimizi yaratmaqla, bütün qayğıları inkar edərək sayğı tələb etməklə, yaltaqlara sabun bağışlamaqla
Sovet xarabalıqları arasından bizə nə milyonlar, nə çörək, nə də qəbir boyda torpaq lazımdır. Onsuz da Qarabağ problemini biz həll edəcəyik. Bu problemi siz yaratmamısız ki, siz də aradan qaldırasız. Azərbaycan gəncinin aktivləşdiyini görən müxalifət onları meydanda tək qoymaqla, iqtidarsa pul sınağına çəkməklə cəzalandırdı. O gəncliyin ən böyük səhvi kiməsə pənah gətirməsi idi. Amma bizi heç kim əzə bilməyəcək. Çünki biz heç kimə pənah gətirmirik. Biz özünü gənc hesab edənlərləyik, yaşından asılı olmayaraq. Siz isə gəncliyin yaşını gah 35, gah 30 etmək kimi ciddi işlərlə məşğul olursuz. Nə vaxtsa hansısa gəncin təklifi imitasiya edilmədən səmimi şəkildə qəbul olunsa, onda inkişafdan danışarsız.
Dünyanı Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmaqda ittiham edən Azərbaycan hakimiyyəti "İranda insan haqqlarının vəziyyəti əladır" deməklə, məsələyə neçəli standartla yanaşır? Hətta BMT-də İranı müdafiə edir, guya siyasət işlədir. Artıq bu siyasət köhnəlmiş və qəbuledilməzdir. Sizdən fərqli olaraq, biz bunun fərqindəyik və prinsiplərimiz uğrunda hər kəslə müharibə etmək əzmindəyik. Bu nə kimisə qorxutmasın, nə də kimsə bizi qorxutmağa çalışmasın. Siz on il sonra neftin tükənəcəyi təqdirdə ixtisaslı və işsiz neftçilərin sunamisini gözləyin. Bizsə on il sonra sizlərin yetişdirdiyi mahiyyətsiz, dindar və millətçiləri məzhəb savaşları nəticəsində dağılmış vətənimizin inşası ilə məşğul olacağıq.
P.S. Yaxşı ki, Hadi Musəvi İran vətəndaşı idi və o, İrana verildi. Azərbaycan vətəndaşı olsaydı,
deputat Həvva Məmmədova ona ölüm hökmü çıxarardı.
P.S.S. Eynulla Fətullayev Həvva xanımdan ölüm hökmü əvəzinə alma gözləyirdimi?
P.S.S. Eynulla Fətullayev Həvva xanımdan ölüm hökmü əvəzinə alma gözləyirdimi?