Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

GƏNCLƏR TƏŞKİLATLARI NƏ İŞLƏ MƏŞĞULDUR?

Share
Ölkənin gənc liderləri fikirlərini Qaynar.info-ya açıqladılar

Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatın sədri Ramin Hacılının fikrincə bu gün əgər bir durğunluq varsa bu təkcə gənclər təşkilatında deyil, ümumilikdə Azərbaycan cəmiyyətindədir: “Sadəcə olaraq müstəqil gənclər təşkilatlarının fəallarında siyasi partiyaya qoşulmaq bir az ayıb sayılır. Bu da ümumilikdə bir ətalət yaradır və bu təkcə gənclərə yox həmçinin yaşlı nəsilə də təsir göstərir.”

Təşkilatlar arasında əməkdaşlıq məsələsinə isə Ramin Hacılının münasibəti belə oldu: “Ümumiyyətlə Azərbaycan cəmiyyətində əməkdaşlıq mədəniyyəti yoxdur. Əməkdaşlıq edəndə də insanlar özlərinin xırda məişət maraqlarını müdafiə edir. Bu onun haqqında fikir səsləyir, o bunu məsuliyyətsizlikdə ittiham edir. Bütün bunlar milli köklərimizə ot kimi bağlılığımızdan irəli gəlir. Yəni yaşlı nəsil necə ki, birləşə bilmir gənclər də o cür hərkət edir. Heç universitetin müəllimləri belə əməkdaşlıq edə bilmir.”
Təşkilatların fəaliyyətlərinin qaneedici olub olmamasına gəlincə Ramin Hacılının fikrincə bu barədə konkret fikir söyləmək çətin məsələdir: “Əsas odur ki, bu gün gənclər təşkilatları var, fəaliyyət göstərir və əllərindən gələni edirlər. Çalışmaq lazımdır ki, ümumgəncliyi qane edən işlər görülsün.”