"Gənclik faciələrin yox, ideyaların ətrafında birləşməlidir"
- Əslində Azərbaycan gəncləri hər zaman bütün proseslərdə aktiv olub. Xalq Hərəkatında, həm 20 yanvar hadisələrində, Qarabağ döyüşlərində, ən yaxın tarixdə isə Elçibəy dünyasını dəyişəndə, 2003-2005 seçkilərində, Ramin Səfərovla bağlı məsələdə və 30 apreldə baş verən hadisədə. Kim deyirsə ki, Azərbaycan gəncliyi ölüdür, biz onunla razılaşmırıq. Sadəcə, Azərbaycan gəncliyi bütün dünya gəncliyi kimi informasiya əsrinin qurbanıdır. Burada pis heç nə yoxdur. Əgər 2 günlük sistemli təbliğat olsa, əminəm ki, 100 minlərlə Azərbaycan gənci Qarabağa döyüşə gedər. Sadəcə, bu gün real təbliğat “Yeni Ulduz” və bu kimi yarışmalara yönəlib. Ölkədə hər hansı bir hadisə baş verəcəyi təqdirdə gənclərin həmin istiqamətdə fəallığı labüddür. Sadəcə, çalışmalıyıq ki, həmin informasiya kanalları sağlam olsun. Azərbaycan gəncliyi təşkilatlanmış halda öz maraqları istiqamətində sivil iş aparsın. İllərdir biz buna çalışırıq. Nəticədə ictimai rəyə təsir etmək imkanlarımız artıb. Bu da çaşqınlıq zamanı gənclərin pərakəndə deyil, daha sistemli fəaliyyətinə imkan yaradır. Gənclər gərək bu imkandan hər zaman maksimum istifadə etsinlər.
- Pərakəndəliyin olmaması üçün konkret olaraq nə təklif edirsiniz?
- Güclü, təşkilatlanmış bir qurum olmalıdır. Həmin qurum əlindəki resursların vasitəsilə 100 minlərə çıxmaq imkanına sahib olmalıdır. Qurumun təmsilçiləri ardıcıl, həqiqi və mənəviyyata söykənən fəaliyyətləri ilə ictimai rəydə nüfuz sahibi olmalıdır. Belə olan təqdirdə kimlərsə hansısa oyunlarına gəncləri qurban etməyi bacarmayacaqlar. İstəyərdik ki, gənclər vuran qol və vasitə olmaqdan çıxsın. Çünki bu günki gənclik köhnə dövrün insanlarından çox fərqlənir. Dünyanın gedişatını daha yaxşı dərk edir. Amma köhnə nəslə baxanda görürük ki, boğazlarına ilişib qalmış çox böyük bir nifrət var. Dünyaya, dünya mədəniyyətinə, gənclərə və bəzən bir-birlərinə qarşı çox böyük bir nifrət. Biz bu gün, bu nifrətdən uzaq olan gəncliyik. İmkan verməməliyik ki, bizdən yuxarı nəsil sovetin onlara yedizdirdiyi nifrəti bizə də ötürsünlər.

- Sizin mübarizənizin adı nədir?
- Ümumiyyətlə mübarizə anlayışının əleyhinəyəm. Biz çalışmalı, təşkilatlanmalı, güclənməliyik. Bütün məsələlərlə bağlı öz yanaşmamızı ortaya qoymalıyıq və bunu da edirik. Mübarizə məğlubiyyətlərə səbəb olduqda düşmən yaradır. Mübarizlər düşmənlə vuruşa-vuruşa onun sifətini almağa başlayırlar. Biz bunları çox-çox əvvəl düşünmüşük və qərar vermişik. Qərarımız bundan ibarətdir. Biz alternativ sistem yaradırıq, alternativ yanaşma yaradırıq, ortaya ideya qoyuruq, insanları ideya ətrafında birləşdiririk. Keçirilən bütün flaş-moblar, etirazlar mübarizəyə yox, insanların diqqətini həqiqətlərə cəlb etməyə xidmət edir. Problemləri qabartmadan, həqiqəti dərk etmədən alternativ qoya bilməzsən. Təqdim etdiyin alternativin nə qədər vacib olduğunu göstərmək üçün digər alternativlərin zərərini insanlara çatdırmaq məcburiyyətindəsən. Biz məsələlərə daha fundamental yanaşılmasının tərəfdarıyıq. Nəinki hər hansı bir hadisə, xüsusən də insanların cənazəsi ətrafında birləşmək.

- Belə çıxır ki, ADNA hadisələrindən sonra yaranan birliyi siz ciddiyə almırsınız? Bəs baş verən hadislər zamanı sizin passiv mövqe tutmağınızla bağlı səslənən fikirlərə münasibətiniz?
- Siz hansı birlikdən danışırsınız? Vəziyyət belə idi: ortada bir faciə vardı. İdeyasından asılı olmayaraq, hər kəs bu hadisədən sarsılmışdı. Hər zaman olduğu kimi yenə də hakimiyyət belə vəziyyətdə xalqın yanında olmadı. Gənclərin istəyini nəzərə almadı. Onların istəyi sadə idi: ölkədə bir günlük matəm elan olunsun. Hətta, bu istəyə hakimiyyəti dəstəkləyən "İrəli" İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurası da qoşulmuşdu. İndi xahiş edirəm, bu birliyi siz xarakterizə edin, ad qoyun. Qaldı ki, passiv mövqeyə, bu doğru deyil. Hadisədən sonra təşkil edilən kütləvi mitinqlərdən birinin təşkilatçıları sırasında idim. Daha sonra kampaniyaya başladıq, dövlət başçısına müraciət hazırladıq, həmin müraciətə 800 imza toplandı. Müraciətdə matəmin elan olunması və bu ilki 10 may Gül bayramının təntənəli keçirilməməsi istəyi yazılmışdı. Lakin bu da nəzərə alınmadı. Həmin vaxt heç bir təşkilatın üzvü olmayan minlərlə gənc küçələrə çıxdı və bu tələbi səsləndirməyə başladı. əminliklə söyləməliyəm ki, əgər bu gənclərin önündə hansısa təşkilat getsəydi bu qədər effektiv olmazdı. Sonra 10 mayın atəşfəşanlıqla keçiriləcəyi xəbəri yayıldı. Yenə də həmin müstəqil gənclər, öz yaxınlarını itirmiş insanlar etiraza başladı. Bu dəfə bu etirazlardan istifadə etmək istəyən qüvvələrin maraqları ortaya çıxdı. Biz müstəqil gənclər təşkilatları ilə məsləhətləşmələr aparır və həmin gün növbəti faciələrin baş verməməsinin yollarını axtarırdıq. 8 mayda keçirilən gənclər forumunun məqsədi də bu idi. Nəticədə biz istəyimizə çatdıq. 10 may günü heç bir faciə baş vermədi. Bu hadisələr zamanı siyasi partiyaların önə çıxmaması zənnimcə çox düzgün addım idi. Əgər hər hansı bir siyasi partiya və ciddi gənclər təşkilatı həmin gün etiraz dalğası təşkil etsəydi, bu sonradan ən yaxşı halda faciədən məqsədləri üçün istifadə kimi qiymətləndiriləcəkdi. Amma, gənclər qruplarının müstəqil şəkildə müxtəlif sivil üsullarla etiraz etməsinə siyasi don geyindirilə bilməz.

- Belə çıxır ki, hələ ki, gənclərin xüsusi birliyi yoxdur və dirəniş istənilə səviyyədə deyil?
- Birlik ideya ətrafında olar. Hər hansı bir faciə ətrafında yox. Birlik bir günün içində yaranan bir şey deyil. Birlik konturları ilə birlikdə hazırlanır və məqsəd elan olunur, ona gedən yollar açıqlanır. Bu məsələdə birlik yox, həmrəylik vardı. Gənclər dünyasını dəyişmiş və birbaşa bu hadisədən ziyan çəkən insanlarla həmrəyliyini nümayiş etdirdilər. Bu çox gözəl idi. Bu onu sübut etdi ki, Azərbaycan gəncliyi ölü deyil. Amma, gərək biz özümüzü aldatmayaq. Heç bir real birlik yoxdur. 22 yanvar 1990-cı ildə küçəyə çıxan milyonlarla insanı birləşdirən faciə yox, 88-ci ildən başlayan milli azadlıq hərəkatının ideyaları idi və bu ideyalar müstəqil dövlət kimi Azərbaycanın konturlarını cızdı. Azərbaycan Xalq Cümhuriyyəti ideyası 1918-ci il 31 mart soyqırımından yox, Əlibəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun və s. bu kimi insanların ideyalarından doğulmuşdu. Biz real gücə sahib olan, mənəviyyatı təmiz, intellektual insanların ideya ətrafında birliyinə nail olmalıyıq və buna da çalışırıq.

Nigar Atakişiyeva, QayNar