Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Dalğa yaradılmır, yaranır

Share

 Pərviz Əzimov
 pervizezimov@gmail.com


Yazının başlığını oxuyanlar yəqin ki, məni məntiqsiz adlandıracaq. Axı dənizdə dalğanı yaradan bir qüvvə-külək var. Deməli söhbət həmin o dənizdə olan dalğadan getmir, söhbət insanın öz daxilində olub cəmiyyətin inkişafına təsir göstərən dalğadan- DALĞA Gənclər Hərakatından gedir. Təqribən 1 il bundan əvvəl, 2007-ci il oktyabrın 13-ü Dalğa GH-nin cənub regionuna ilk səfəri baş tutmuşdu.
O vaxt “Dalğa”çılardan Ramin Hacılı, Elvin Kazımlı, Nərmin Ramazanova, Zahir Əzəmət və başqaları gəlmişdi. Bu insanları Lənkərana dəvət edəndə heç birini tanımırdım, sadəcə...
Bu hadisədən təqribən 10 ay ötdü kimə deyirdimsə gəl qoşul mənə birgə fəaliyyət göstərək, bizdə öz fikrmizi dalğalandıraq, azad olaq… hamı deyirdi ki, yox olmaz sən “Dalğa”çısan, siz dinsizsiz, siz müxalifətçisiz, sizin təşkilatda olanlar Avropanın agentidir və s. Bunu da çox təbii qəbul elədim və düşündüm ki, bu baryeri də keçəcəyəm və belə bir qərar gəldim ki, “Cənub Xəbərləri” qəzetində Dalğa GH haqqında bir yazı yazım bəlkə insanlara həqiqətin nə olduğunu izah edə bildim. Yox dostum sadəcə işləri biraz da korladım. Artiq bu dəfə mənə kimsə bir söz demirdi, gedib atama deyirdilər: “…sənin oğlunun başı xarabdır. O, DALĞAya qoşulmaqla özünü bədbəxt edəcək, … Sənin oğlunun qoşulduğu təşkilat bilirsən kimə işləyir? Onlar massonlara işləyirlər” və sair və ilaxır. Hər şeydən bezirdim, kömək etmək istədiyim insanlara artıq nifrət edirim. Bəzən isə düşünürdüm ki axı niyə insanlarda belə bir fikir formalaşıb cavab tapa bilmirdim. (bu sualı həmçinin Ramın Hacılıya, Vəfa Cəfərovaya və bütün “Dalğa”çılara ünvanlayıram: Axı niyə İnsanlarda belə bir fikir formalaşır?) nəhayət belə bir qərar gəlmək istəyirdim ki, sakit oturum və daha dalğalanmayım, bu zaman cənubda yeni bir dalğaçının yetişdiyini gördüm və fikrimi dəyişdim. Anar Əsgər kimi kimi tyanıdığınız bu gənclə birgə yenidən fəaliyyətə başladım. Adəti üzrə ilk fəaliyyətimiz sönük keçməyə başladı, ancaq yorulmadıq və nəhayət ki Dalğa GH-nin Cənub bölgəsində əsl özəyini yarada bildik.

Ilk tədbirimiz də bu söz söhbətlərdən uzaq düşmədi. Yenidən oktyabr ayının 13-də, Dalğa Gh-nin cənub regionuna səfərindən düz bir il sonra yığışdıq. Bu tədbirimizə cəmi 9 nəfər gənc gəlmişdi. “Dalğa”nın təqdimatını keçirdik, bu il üçün nəzərdə tutulmuş “Ata məni ərə yox, məktəbə göndər” kompaniyası, “demokratiya məktəbi” layihəsi haqqında və Dalğa Gh-nin bu vaxta qədər gördüyü işlər haqqında gənclərə məlumatlar verdik. Həmçinin cənub bölgəsində görə biləcəyimiz işlər haqqında qısa məlumat da verdik. Və tədbir boyu bir hadisəni müşahidə etdim. Dəvətimizi qəbul edib gələn bu gənclərin simasında sankı bir coşqu, sevinc və bunula bərabər kədər hissi var idi. Bunun da çox sadə bir səbəbi var. Sevinc ona görə idi ki, onlar birləşdikləri töqtəni tapmışdılar, coşqu ona görə idi ki, onlar artıq bezmişdilər ətraflarındakı insaların tüfeyli həyat tərzindən və onlara qarşı mübarizə aparmaq istəyirdilər və ən nəhayət kədər ona görə idi ki, bu gənclər bilirdi onları bu yolda hansı əzablar gözləyir. Çox sevinirdim ki, artıq öz “kruqumu” düzəldə bilirəm, ancaq bu tədbirin də bir amması var idi. Nə qədər səmimi olsaqda gender balansını qoruya bilmirdik. Tədbirə gələn 9 nəfər gəncin cəmi biri xanım idi. Buna da şükür deyib yolumuza davam etməyi qərar aldıq. Növbəti tədbirimiz oktyabr ayının 27-i baş tutdu bu dəfə isə sevinc yağışı yağmışdı üstümüzə. Gözlədiyimizdən iki dəfə çox gənc gəlmişdi bu tədbirə. Artıq toplaşdığımız zala sığmırdıq və bu zaman dərk etdim ki, DALĞA yaradılmır, yaranır! Bu tədbirdə ilk dəfə olaraq Lənkəranda gənclər üçün kino klub təsis etdik və ilk olaraq Dalğa GH-nin çəkdiyi “Dönüş” filmini nümayiş etdirdik. Bundan başqa bir vaxtlar Dalğanın Bakı ofisi tərəfindən həyata keçirilən və çox uğurlu alınan “Böyük bacılar və Böyük qardaşlar” kompaniyasının cənub regionunda ilkin işlərinə başladıq. Bununla bitmədi, biz ilk dəfə olaraq Dalğa GH-nin Bakı ofisindən sonra regionlarda demokratiya məktəbini təsis edtik. Fəxri müəllimimiz “Demokratiya monitoru” İB-nin sədri politoloq Fuad Həsənov, mövzi isə “ ”oldu. Məktəbin ilk dərsləri könüllü xarakter daşıyırdı. Yenədə ən böyük problemimiz gender məsələsi ilə bağlı idi. Tədbirə gəlmiş 40-dan artrıq gəncin cəmi 6 nəfərini xanımlar təşkil edirdi.

Beləliklə biz cənub “Dalğa”çıları “Wake up” eledik.