Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Xəbərdarlıq

Share

Bu yazımı qoyun olmaq istəməyən tələbə dostum Ayselə ithaf edirəm 
      Hər dəfə yeni tədris ili başlayanda Azərbaycanın gələcəyini düşünənlər ümidlənirlər. Ümidlənirlər ki, yaxşılığa doğru addımlar atılacaq. Ümidlənməyə nə var axı. Buna görə adamdan rüşvət istəmirlər. Nə isə.
   Builki tədris ili başlar-başlamaz, repressiya ili də onunla bərabər başladı. Dərs ili heç 10 gün deyil başlayıb, artıq nələrinsə yaxşılığa doğru dəyişəcəyinə olan ən kiçik ümidləri də puç ediblər. Mən iddia edirəm: təhsilimizdə problem həll etmək əvəzinə, problem yaratmaqla məşğul olanlar qarşılarına qoyun gənclik yetişdirməyi məqsəd qoyublar. Mən iddia edirəm: tələbələri universitetin portretli dekan, prorektor, rektor otağına çağıran, onları hədələyən, sıxma-boğmaya salan şəxslər prezidentə qarşı fəaliyyət göstərməkdədirlər. Artıq son 10 gün ərzində 25-dən çox tələbə mənə müraciət edərək, adından asılı olmayaraq, istənilən qəzeti oxumaqları üstündə və ya hansısa “suka” tələbənin verdiyi məlumatlar əsasında kabinetlərə çağıraraq hədə-qorxu gəlirlər və qarşılarına şərt qoyurlar - ya gedib müxalifətçi olun, prezidentin əleyhinə fəaliyyət göstərin, ya da gəlin mənə “işləyin”. Mən bu şəxsləri xəbərdar edirəm: əgər bu rüsvayçı əməllərinə son verməsələr onların adlarını bir-bir açıqlayacam, həmin adamların süni gərginlik yaradaraq, dövlətçiliyin zəifləməsinə istiqamətlənmiş fəaliyyətlərini ifşa edəcəm.
   Bir sözdü dedim. Gerisinə özünüz baxın.