Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Puç söhbətlər

Share
«Bizim babalarımız bütün inqilabları özləri eləyib. Heç vaxt qadınların köməyinə ehtiyacları olmayıb və bu gündə biz qadınlarsız inqlab edə bilərik!»
Bu sözləri Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı deyib.
   «Azərbaycanda demokratiya inkişaf yolundadır». Bu sözlər isə AŞPA prezidenti Luis Maria de Puça məxsusdur.
   «Azərbaycanda demokratiya sahəsində hər şey çox pisdir». Bunları isə Milli Demokratiya Fondunun Avropa-Avrasiya proqramları üzrə şöbəsinin baş direktoru Nadiya Dyuk deyib.
   Bu da İsa Qəmbərin sözləri: «Azərbaycanda demokratiyanın inkişafına Qərb yox, İran və Rusiya mane olur».
   Düşünün!



   Avropa liberallarına can atan, özünü mühafizəkar adlandıran, Ramiz Mehdiyevin kitabındakı tezisləri daha köntöy ifadə edən Tural Abbaslıların fikirləri Azərbaycanda demokratiyanın inkişafına mane olan əsas kimi qələmə verilməlidir. Hələ üstəlik, demokratiya tərəfdarlarını «holland» adlandıran və onları öldürməyə hazır olan bu şəxslərin tutduğu vəzifələrinə görə sən demə, İsa Qəmbərin heç bir təqsiri yox imiş. Onda Hacıbala Abutalıbovun, Vasif Talıbovun etdiklərinə görə İlham Əliyev heç bir məsuliyyət daşımır. Mühafizəkarlığa görə ANS, İrəli ÜGH, Müsavat gəncləri və yerdə qalan, hamını mühafizəkar olmamaqda ittiham edən kiçik-kiçik millətçi qruplar rəqabətdədir. Bütün bunları görən Cənab Puçun Azərbaycanda demokratiyanın inkişafına dair söylədikləri normaldır. AŞPA sədrinə ispan yox, Avropa vətəndaşı olduğunu xatırlatmaq lazımdır. O zaman dünənki Franko və Şah İsmayıl yox, bu günkü İspaniya və Azərbaycan müzakirə mövzusu olacaqdı. Xanım Dyuk səfəri zamanı konkret işlərlə tanış oldu. Və bu işlərin qarşısında duran əngəlləri gördü. Bunun nəticəsidir ki, amerikalı xanım daha konkret danışdı. Biz özümüzü avropalı hiss etməyənə qədər p(P)uç bəyanatları çox eşidəcəyik. Heç kimə bizim tarixi və fəlsəfi biliklərimiz lazım deyil. Bu, yalnız olsa-olsa, Nobel mükafatına namizədlik üçün gərəkli ola bilər. Müxalif elitanın işgüzar olmamasının nəticəsidi bu p(P)uç bəyanatlar. Mühafizəkarlığını sübut etmək üçün “Tarixi - Nadir” açmasının nəticəsidi bu p(P)uç bəyanatlar.
   Məndən fərqli olaraq kütlənin Müxalifəti tənqid etməyə haqqı yoxdur!!!