Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Nifrət qadağandır!

Share
Bizim susmağımız başqalarının danışmağından daha ciddi olmalıdı
   Mövlud Mövlud
 
   Uzun müddətdir ölkəmizdə çox ciddi prosesslər gedir. Cəmiyyət artıq saxtakarlığın pik nöqtəsinə çatıb. Hər kəs səhv yolda olduğunu anlayir. Lakin dəyişiklik etməkdən hamı qorxur. Mən bu müddət ərzində susub baş verənləri müşahidə edirdim. Fikirimi soruşan olmasa heç nə danışmır və yazmırdım. Mənə elə gəlir ki danəşmağın heç bir mənası yoxdur, çünki insanların inam hissi ölüb. Əxlaq o qədər pozuq vəziyyətə düşüb ki, insanlar neqativ içində başqasından özünə qarşı hər bir şərəfsizliyi gözləyir.

Tomas Hobsu oxusaydınız dediklərimin elmi izahlarının şahidi olardınız.. Onu biləsiz ki, cəmiyyətin belə vəziyyətə düşməsinin səbəbi sərvətin bolluğu, ədalətli paylaşmanın olmaması, və bu durum qarşısında acizlikdir. Bu söhbəti çox uzatmaq niyyətində deyiləm, çünki qeyd etdiyim kimi hər kəs real vəziyyəti bilir. Öz taleyi ilə barışmış pessimist insanlara neqativ yazılar, söyüş, təhqir, başqasını suclamaq bacarığı verməklə cəmiyyəti nifrət bataqlığına aparanlardan fərqli olaraq, düşünürəm ki bütün hallarda cəmiyyəti yaranmış pozitiv elementlərə söykənərək irəli itələmək daha optimaldır. Bu gün mən anlamalıyam ki bəyənmədiyim, təhqir etdiyim bu insanların cərgəsində bir vaxt mən də olmuşam. Məni ordan çıxaran, dəstək olan insanlar olub. Sonradan mənde kimlərisə bu cərgədən çıxarmağa çalışmışam.
   Bu gün bizi inqilabçı olmamaqda, ölməməkdə, maşın sürməkdə, qəzet çıxarmaqda, ofisi olmaqda ittiham edənlər bir şeyi dəqiq bilməlidir: biz hər zaman müxtəlif məişət söhbətlərinə görə təhqirlərə məruz olan bütün imkanlarını özü qazanmış gənclər olaraq həbs olunan bütün jurnalistlərin, təzyiqə məruz qalan partiyaların, haqqı pozulan tələbələrin yanında olmuşuq. Buna görə çox şeylər itirmişik. Amma bu imtinanı şərəfli həyat üçün etmişik. Bu gün də bu yoldayıq, dünən də, bu gün də gücümüz çatmayan daşın altına girib psevdoqəhrəman olmaq yolunu üstün tutmuruq, dunende tutmurduq.
   Əgər kimsə “Dalğa” Gənclər Hərəkatına Rafiq Tağı və Samir Sədaqətoğlunu müdafiyə etdiyi üçün deyil, şəxsi düşmənçiliyi olan Taleh Şahsuvarlının əsərinə verdiyi qiymətə görə, təmsil olunduğu təşkilatı təbliq etdiyi üçün deyil, hansısa dalğaçı xanımdan “otval” aldığı üçün xatırlayirsa, biz bu insanları niyə ciddiyə almalıyıq?!
   Biz təşkilatlanmadan, birgə addımlar atmağı öyrənmədən alternativ ola bilmərik. Məhz, bunu bildiyim üçün də bütün həyatımı təşkilatlanmaya həsr etmişəm. Bu gün yeni, intellektual, səmimi 16 gənclə tanış olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Bu ölkədə azadlığının bir hissəsindən könüllü şəkildə imtina edib, birlik nümaiş etdirərək gücə çevrilmək, inkişaf etmək istəyən gənclərin yoxluğunu deyənlər haqsızlıq edirlər.
   Hər bir fərd və cəmiyyətinin inkişafını istəyən gənc üçün əlimdən gələni etməyə hazıram, yetər ki, istəsin. Bu gün daha ucadan söyüş söyənlər deyil, potensialını istifadə edib yaradıcılıq ilə məşqul olan insanlar sabahın insanlarıdır. Sonda bir daha xatırlatmaq istəyirəm: Dalğa Gənclər Hərəkatı azərbaycan hakimiyyətini devrmək üçün yaradılmayıb, çünki biz hər hansı siyasi güc kimi hakimiyyətə iddia etmək niyyətində deyilik. “Dalğa”-nın iddiası azərbaycan gəncliyinə xidmət etmək, onu inkişf etdirmək, cəmiyyətin özünü dəyişdirib yeniləşdirməkdir.