Bu yazımı qoyun olmaq istəməyən tələbə dostum Ayselə ithaf edirəm
Builki tədris ili başlar-başlamaz, repressiya ili də onunla bərabər başladı. Dərs ili heç 10 gün deyil başlayıb, artıq nələrinsə yaxşılığa doğru dəyişəcəyinə olan ən kiçik ümidləri də puç ediblər. Mən iddia edirəm: təhsilimizdə problem həll etmək əvəzinə, problem yaratmaqla məşğul olanlar qarşılarına qoyun gənclik yetişdirməyi məqsəd qoyublar. Mən iddia edirəm: tələbələri universitetin portretli dekan, prorektor, rektor otağına çağıran, onları hədələyən, sıxma-boğmaya salan şəxslər prezidentə qarşı fəaliyyət göstərməkdədirlər. Artıq son 10 gün ərzində 25-dən çox tələbə mənə müraciət edərək, adından asılı olmayaraq, istənilən qəzeti oxumaqları üstündə və ya hansısa “suka” tələbənin verdiyi məlumatlar əsasında kabinetlərə çağıraraq hədə-qorxu gəlirlər və qarşılarına şərt qoyurlar - ya gedib müxalifətçi olun, prezidentin əleyhinə fəaliyyət göstərin, ya da gəlin mənə “işləyin”. Mən bu şəxsləri xəbərdar edirəm: əgər bu rüsvayçı əməllərinə son verməsələr onların adlarını bir-bir açıqlayacam, həmin adamların süni gərginlik yaradaraq, dövlətçiliyin zəifləməsinə istiqamətlənmiş fəaliyyətlərini ifşa edəcəm.
Bir sözdü dedim. Gerisinə özünüz baxın.