Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

NƏ EDƏCƏK?

Share




Vətəndaşsan?!
Sən rüşvətli təhsil almağa, gələcəyini qurmaq üçün vətənini tərk etməyə, 82 manat təqaüd almağa, zəhərlənmiş ətraf mühitdə yaşamağa, yalanlara boyun əyməyə, məmur özbaşınalığı ilə qarşılaşmağa, vergidən yayınmağa, haqsızlığa məruz qalmağa layiq deyilsən!
Biz bir yola çıxdıq. Şərəfimizi, təmiz əllərimizi qoruyaraq, yolun başına çatadacağımıza əminik. Məqsədimiz rüşvətsiz, ədalətin hökm sürdüyü, insanlığın hər şeydən üstün tutulduğu bir GƏLƏCƏKdir. Biz sizlərin bir parçasıyıq. Sizlər bu yola qoşularaq layiq olduğunuza sahib çıxacaqsınız! Biz sizə pul paylamayacağıq, pul qazanmağa kömək edəcəyik. Biz sizə yol çəkməyəcəyik, yolunuzu seçərkən sizinlə olacağıq. Hər biriniz haqqınızı axtararkən yanınızda olacağıq. Necə ki, bu günə qədər haqqı tapdalanıb, bizə müraciət edən heç kəsi yalnız qoymamışıq. Sizlərdən dəstək alaraq, səlahiyyətlərimizi artırmaq və bununlada sizə daha çox yardım etmək imkanı qazanmaq niyyətindəyik.

Gəncsən?
Gələcəyini vətənindən kənarda qurmağı düşünmə. Vətəninə SAHİB ÇIX! 
Başqa ölkədə ikinci dərəcəli olmaqdansa, sevdiklərini tərk etməkdənsə, inamsızlığa qapanmaqdansa, şansını dəyərləndir. AKTİV OL! 
Özündən birini - həmişə sənin yanında olacağını söz verən Ramin Hacılını SEÇ! 

Ramin Hacılı nə deyir?!
Biz bir komanda olaraq sizlərə verdiyimiz sözlərin məsuliyyətini dərk edir, əminik ki, seçiləcəyimiz təqdirdə 5 il müddətinə heç bir seçici özünü yalnız hiss etməyəcək. Mən bütün gənclik enerjimi, gücümü, sevgimi, coşqumu seçicilərim üçün sərf edəcəyəm. Böyüyüb boya başa çatdığım Nizami rayonunda bütün Azərbaycan üçün nümunə olacaq vətəndaş dövlət dostluğunu, insanın müqəddəsliyini təmin edəcəyəm. Necə ki, fəaliyyət göstərdiyim 10 il ərzində vicdanımı və şərəfimi bütün maddi maraqlardan üstün tutub, əxlaqımı qorumuşamsa, haram yola əl atmamışamsa, bundan sonra da belə qalacağam. Rüşvət verərək və ya vicdanımı sataraq vəzifə qazanmaq yolunu seçməmişəm. Xalqımın SƏSi ilə vəzifə qazanıb, yalnız xalqımın qarşısında xidmətçi olmaq istəyirəm.Özünə güvən, Vİcdanınla seç, Gələcəyİnə sahİb ol!