Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Rövnəq Abdullayevə gənc rəqib

Share

Rövnəq Abdullayevə gənc rəqib

Ramin Hacılı 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olacaq
QayNar: Azərbaycan Demokratik İslahatlar Partiyasının(ADİP) Gənclər Təşkilatının sədri, «Dalğa» Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd olacaq. Qaynar.info xəbər verir ki, R.Hacılı namizədliyini təmsil etdiyi ADİP-dən verəcək. Gənc fəalının namizədliyinin artıq partiyada təsdiqləndiyi və onun seçkilərə geniş bir gənclər komandası ilə qatılacağı deyilir.
Xatırladaq ki, hazırda bu dairənin deputatı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. //QayNar