Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

RAMİN HACILI İMZATOLPAMA KAMPANİYASINA BAŞLADI

Share

“Demokratiya” blokunun 25-ci seçki dairəsindən vahid namizədi olan Ramin Hacılı pia.az-a verdiyi açıqlamasında bildirib ki, o, artıq DSK-dan imza vərəqələrini götürüb və bugündən etibarən imzaları toplamağa başlayacaq. Ramin Hacılı, həmçinin onu da bildirib ki, o, yaxın 3 gün ərzində lazım olan imzaları toplayıb DSK-ya təqdim etmək fikrindədir:
“Bunun üçün seçkilərdə mənə dəstək olacaq 80 nəfərdən ibarət könüllülərdən qrupu formalaşıb. Biz imzatoplama və digər işləri həyata keçirmək üçün dairəni 5 yerə bölmüşük və hər ərazidə 15 nəfərdən ibarət qrup işləyəcək. Digər 5 bəfərdən ibarət qrup isə foksqrup şəklində ümumi işlərlə məşğul olacaq. Seçicilərlə ünsiyyət formalarını, öz fikirlərimi onlara daha münasib formada çatdırmaq üçün internet saytım (www.raminhacili.info) fəaliyyətə başlayıb.”

Ramin Hacılı deyir ki, onlar yeni texnologiyalardan istifadə etməklə və az maliyyə xərcləməklə güclü təbliğat işləri aparmaq və saxtakarlıqların qarşısını almaq yollarını müəyyənləşdiriblər: “Biz seçki prosesi zamanı baş verən bütün hadisələri viedokameralar vasitəsi ilə çəkəçəyik. Bununla əlaqədar olaraq bir neçə quruma müraciət etmişik və onlar bildiriblər ki, lazımi dəstəyi göstərəcəklər. Həmçinin bir neçə jurnalist fərdi şəkildə müraciət ediblər və onlarda dairədə baş verən istənilən hadisəni mediyada işıqlandıracaqlar. Həmçinin Beynəlxalq təşkilatlarla, ATƏT-lə yaxından əməkdaşlıq edəcəyik.”

Qeyd edək ki, Ramin Hacılı Demokratik İslahatlar Partiyası siyasi şurasının üzvü və Dalğa Gənclər Hərəkatının həmtəsisçisidir.

pia.az